Putin Qarabağa dair danışıqların gedişi barədə MƏLUMATLANDIRDI

15 Yanvar 2021 21:50 Araşdırma 952
Putin Qarabağa dair danışıqların gedişi barədə MƏLUMATLANDIRDI

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüşdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla üçtərəfli danışıqların nəticələrini müzakirə etməyi təklif edib.

Sportinfo.az xəbər verir ki, bu barədə Kremlin Mətbuat xidməti məlumat yayıb.

“Sizə Azərbaycan və Ermənistandan olan həmkarlarımla görüşün nəticələri barədə məlumat vermək və bu mövzuda bir az danışmaq istəyirəm”,- deyə Putin qeyd edib

Bundan əlavə Putin xarici işlər naziri Sergey Lavrovun görüşlə əlaqədar əlavə məlumat verəcəyini bildirib.

İclasda həmçinin Rusiya Federasiyasının daxili və xarici siyasətinin aktual məsələləri də müzakirə olunub.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!