“Barselona”dan “Atletiko”ya transfer olunan Luis Suares forma nömrəsini seçib.
Spotinfo.az xəbər verir ki, 33 yaşlı hücumçu 9 nömrəli forma ilə çıxış edəcək.
Uruqvaylı oyunçuyadək 9 nömrəli formanı “Yuventus”a keçən Alvaro Morata geyinirdi. “Atletiko” Suareslə 2 illik müqavilə imzalayıb.