“Neftçi”ylə oyundan əvvəl məlum oldu ki... FOTOLAR

10 Dekabr 2023 15:15 Turan 1 445
“Neftçi”ylə oyundan əvvəl məlum oldu ki... FOTOLAR

Premyer Liqanın 16-cı turunda “Turan Tovuz” bu gün “Neftçi” ilə qarşılaşacaq.

Oktyabrın 28-də “Kəpəz”i məğlub edən qərb təmsilçisi son 4 turda qələbəyə həsrət qalıb ki, məqsəd uğursuz sindroma Bakıda son qoymaqdır.

Lakin tovuzlular “ağ-qaralar”a görüşə itkilərlə çıxacaq.

Komandanın önəmli fiqurlarından olan Şəhriyar Əliyev bu dəfə də kənarda qalacaq. “Sabah”la oyunda zədələnən 31 yaşlı futbolçu kollektiv çalışmalardan uzaq düşüb. Şəhriyarın bu il meydana çıxacağı inandırıcı görünmür.

Ayxan Hüseynovun da “Neftçi”yə qarşı forma geyinmək şansı azdır. “11 nömrə”nin durumuna oyuna bir neçə saat qalmış aydınlıq gələcək. Hətta adı sifariş ərizəsinə salınsa belə, komandasına tam gücü ilə kömək edə bilməyəcək.

Slavik Alxasovla Martin Petkovun da komanda ilə uzun müddət zədədən əziyyət çəkdiklərini və komanda ilə məşq sayının yetərli olmadığını nəzərə alsaq, hazır olmadıqlarını deyə bilərik.

Dekabrın 10-da “Neftçi Arena”da baş tutacaq “Neftçi” – “Turan Tovuz” qarşılaşması saat 18:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti