Hamı onu gözündən qanı axa-axa gülən əsgər kimi tanıdı... VİDEO+FOTOLAR

24 Sentyabr 2023 07:40 Bizimkilər 1 216
Hamı onu gözündən qanı axa-axa gülən əsgər kimi tanıdı... VİDEO+FOTOLAR

“Hamı onu gözündən qanı axa-axa gülən əsgər kimi tanıdı.

Bir anda antiterror tədbirlərinin simvoluna çevrildi. Qardaş Türkiyə mətbuatı qazimizdən qürurla danışdı, onun qəhrəmanlığını, qorxmazlığını təqdir etdi”.

Bu barədə şəhid Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu sosial şəbəkə hesabında yazıb. O, əsgərin həyat hekəyəsini danışıb:

“Belə qorxmaz, qəhrəman Azərbaycan əsgərlərini bütün dünya tanımalıdır. Qazimiz Quliyev Ceyhun Rafiq oğlu Salyan rayonunun Xalac kəndində doğulub. 2012-2015-ci illərdə ildə C. Naxçıvanski adına hərbi liseydə, 2015-2019-cu ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alıb. Subaydır. 2020-ci ildə 44 günlük Vətən müharibəsində ön sıralarda döyüşüb. Antiterror tədbirləri başlayan gündən qanunsuz erməni silahlı dəstələrinə qarşı döyüşə qatılıb”.

E. İslamoğlu bildirib ki, Qarabağda keçirilən antiterror əməliyyatı zamanı gözündən yaralanan əsgər hazırda xəstəxanada müalicə alır:

“Ceyhun Quliyev hazırda Ağdaş xəstəxanasında müalicə alır. Gözündən, qolundan, sinəsindən və ayağından çoxsaylı qəlpə yaraları alıb. Sol gözündəki qəlpə çıxarılıb. “İndi dumanlı görürəm, amma həkimlər deyib ki, müalicə davam etdikcə yaxşılaşacaq, get-gedə daha yaxşı görəcəm”, - deyir. Həkimlərdən, tibb bacılarından razılığını bildirdi. Müalicəsi bitəndən sonra xidmətə davam edəcəyini, “Vətənim Azərbaycanın hər zaman təhlükəsizliyini qorumağa hazıram”, - deyir. Qanlı gülüşünlə düşmənə güllə yarasından daha ağır yara vurdun. Bir daha bütün dünya Azərbaycan əsgərinin qorxmazlığına, igidliyinə şahid oldu. Əminəm ki, bu gün bütün şəhidlərimizin ruhu şaddır”.



Digər Xəbərlər
Xəbər Lenti