44 milyon avroluq zərərlə üzləşdi - "Borussiya”

19 Avqust 2020 11:06 Almaniya 568
44 milyon avroluq zərərlə üzləşdi -

"Borussiya” (Dortmund) geridə qalan mövsüm üçün maliyyə hesabatını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, Bundesliqa nəhəngi iyunun 30-da bitən maliyyə ilini 44 milyon avroluq zərərlə başa vurduğunu bəyan edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Xəbərdə qeyd olunub ki, 2019-cu ilin 1 iyul tarixindən 2020-ci ilin 30 iyununa kimi davam edən maliyyə ilində klubun 44 milyon avroluq zərəri olub. Dortmund təmsilçisi son 10 ildə ilk dəfə ili zərərlə başa vurduğunu bildirib.

“Borussiya”nın belə böyük məbləğdə zərərə düşməsinə bu ilin əvvəlindən başlayaraq bütün dünyanı təsiri altına alan koronavirus pandemiyası səbəb olub.

Müqayisə üçün qeydə edək ki, “Borussiya” bundan əvvəlki maliyyə ilini 17.4 milyon avroluq mənfəətlə başa vurmuşdu.

Digər Xəbərlər
Xəbər Lenti