Azərbaycan millisi beşinci oyunda Polşaya uduzdu

26 Noyabr 2023 04:00 Voleybol 971
Azərbaycan millisi beşinci oyunda Polşaya uduzdu

18 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Latviyada keçirilən Şərqi Avropa Zonal Assosiasiyası (EEVZA) çempionatında beşinci oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, Şahin Çatmanın baş məşqçisi olduğu kollektiv Polşa ilə qarşılaşıb.

Görüş Azərbaycan millisinin məğlubiyyəti ilə yekunlaşıb - 0:3 (7:25, 10:25, 7:25).

U-18 ilk 4 turda Latviya, Ukrayna, Estoniya və Litvaya da 0:3 hesabı ilə uduzub.

EEVZA çempionatı noyabrın 26-dək davam edəcək. AVRO-2024-ə seçmə xarakter daşıyan yarışın reqlamentinə əsasən, çempion olacaq komanda qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.

Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!