İki oyunçu ilə danışıqlara başlayır - "Bavariya"

25 İyul 2020 01:52 Almaniya 959
İki oyunçu ilə danışıqlara başlayır -

"Bavariya" transfer dönəmində heyətini gücləndirmək niyyətindədir.

Sportinfo.az xəbər verir ki, Münxen klubu “Çelsi”də çıxış edən Temue Bakayoko ilə “Tottenhem”in üzvü Tanqi Ndombelenin xidmətlərində maraqlıdır.

London klubları oyunçuları satmağa hazırdırlar. Lakin onlar üçün layiqli təzminat almaq istəyirlər. "Çelsi" Bakayokonun satışından 35, "Tottenhem" isə fransalı üçün 60 milyon avro tələb edir.

Bundesliqa təmsilçisinin hər iki oyunçu üçün yaxın vaxtlarda danışıqlara başlayacağı bildirilir.

Digər Xəbərlər
Xəbər Lenti