Hücumçusunu 2 milyon avroya satır - "Borussiya"

10 İyul 2020 22:40 Almaniya 831
Hücumçusunu 2 milyon avroya satır -

"Borussiya" hücumçusu Andre Şürrleni transferə çıxarıb.

Sportinfo.az xəbər verir ki, Dortmund təmsilçisi 29 yaşlı hücumçunu hətta 2 milyon avroya da satmağa razıdır.

Çünki 2021-ci ilə qədər müqaviləsi olan almaniyalı futbolçunun mövsümlük maaşı 7,5 milyon avrodur. Artıq yükdən qurtulmaq istəyən Bundesliqa təmsilçisi Şürrleni satış siyahısına qoyub.

"Borussiya" Andre Şürrleni 2016-cı ildə "Volfsburq"dan 30 milyon avroya transfer edib. O, son mövsümü icarə əsasında Rusiyanın "Spartak" klubunda keçirib.

Digər Xəbərlər
Xəbər Lenti