"Barselona"ya qayıdır

1 İyul 2020 17:38 Almaniya 1 080
"Barselona"ya qayıdır

"Şalke" “Barselona”nın yarımmüdafiəçisi Xuan Mirandanın icarə müddətini uzatmamaq qərarına gəlib.

Sportinfo.az xəbər verir ki, bu barədə Bundesliqa klubunun rəsmi saytı məlumat yayıb.

20 yaşlı futbolçu ötən mövsüm “Şalke”yə qoşulub. Onun icarə müddəti iki il olsa da, bir mövsümün ardından futbolçunun müqaviləsinə xitam verilib.

Miranda 2019/20 mövsümündə Bundesliqada 11, Almaniya kubokunda isə 1 oyun keçirib. Gənc futbolçu yenidən “Barselona”ya qayıdacaq.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!