55 milyona getmişdi, 50 milyona qayıtdı

1 İyul 2020 13:40 Almaniya 915
55 milyona getmişdi, 50 milyona qayıtdı

Leroy Saneni artıq “Bavariya”nın futbolçusu hesab etmək olar.

Sportinfo.az xəbər verir ki, Almaniya yığmasının üzvü Munxen nəhəngi ilə 5 illik müqavilə imzalayıb.

“Bavariya” onun transferinə görə “Mançester Siti”yə 50 milyon avro ödəyib.

24 yaşlı futbolçunun illik məvacibinin 20 milyon avroya yaxın olacağı bildirilir. O da bildirilir ki, “Siti” futbolçunu “Real”la keçiriləcək ÇL-in 1/8 finalının cavab qarşılaşmasında meydana buraxmayacaq.

Gözlənilir ki, “Siti”nin məşqçilər korpusu futbolçunu ÇL-in Lissabonda keçiriləcək son mərhələsinə də aparmayacaq və onu avqustda “Bavariya”ya buraxacaqlar.

İngiltərə Superkubokunda zədələnən Sane, demək olar ki, cari mövsümü buraxmalı oldu. O, iyunun 22-də “Bernli” ilə keçirilən qarşılaşmada meydana qayıtdı.

O, “Siti”də son 4 mövsüm ərzində çıxış edib. 2016-cı ildə “Şalke”dən İngiltərəyə 55 milyon avroya transfer olunub və Almaniya futbol tarixinin ən bahalı futbolçusu statusu alıb.

Digər Xəbərlər
Xəbər Lenti