Tanınmış idmançı Şamil Basayevin tərəfini tutdu, həbs olundu - FOTO

24 Oktyabr 2023 03:00 Hadisə 852
Tanınmış idmançı Şamil Basayevin tərəfini tutdu, həbs olundu - FOTO

MMA döyüşçüsü İlyas Yakubov çeçen səhra komandiri Şamil Basayevin ifadələri ilə video hazırladıqdan sonra terrora haqq qazandırmaqda ittiham olunub.

Sportinfo.az xəbər verir ki, bu barədə “112” məlumat yayıb.

“Rusiyada 1 nömrəli terrorçu siyahısında olan şəxsin sözlərini işlətdiyini anlayan Yakubov materialı silib. Lakin buna baxmayaraq, o, saxlanılıb və ona qarşı ittiham irəli sürülüb”, - məlumatda deyilir.

Qeyd olunur ki, paytaxtın İstintaq Komitəsi idmançının həbs olunmasını məhkəmədən tələb etməyi planlaşdırır.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!