Messi yenə zədələndi

23 Noyabr 2023 10:00 Dünya futbolu 859
Messi yenə zədələndi

Sportinfo.az xəbər verir ki, Argentina millisinin hücumçusu və kapitanı Lionel Messi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Braziliya ilə oyunda zədələndiyini açıqlayıb.

“Mən adduktor əzələsində narahatlıq hiss etdim. Bu, mənim il üçün son oyunum idi.

Ona görə də sağalmaq üçün vaxtım var ki, 2024-cü ilə tam hazır başlaya bilim”, - Messi bildirib.

Qeyd edək ki, noyabrın 21-i keçirilən Argentina - Braziliya matçında azarkeşlərlə polislər arasında xoşagəlməz hadisə yaşanıb.

Belə ki, braziliyalı polislər coşqun argentinalı azarkeşləri əllərindəki dəyənəklərlə vurmağa başlayıblar. Lionel Messi isə “biz bu şəraitdə davam edə bilmərik deyib” meydanı tərk edib.

Lakin sonradan matç davam etdirilib. Oyun 1:0 hesabı ilə Argentinanın xeyrinə başa çatıb.

Digər Xəbərlər
Xəbər Lenti