"Bu transferdən imtina etdik”

9 İyun 2020 15:32 Almaniya 482
"Bu transferdən imtina etdik”

“Real”ın qapıçısı Tibo Kurtua 2010-cu ildə “Hoffenhaym”a keçə bilərmiş.

Sportinfo.az xəbər verir ki, bu barədə məlumatı “Hoffenhaym”ın sabiq skautu, hazırda “Fortuna”da idman direktoru olan Luts Pafennenştil verib.

Amma klub rəhbərliyi onu sadə bir səbəbə görə transfer etməyib: “Biz Kurtuanı izləyirdik. Biz onunla müqavilə bağlamağa yaxın idik. Ancaq sonradan onun riyaziyyat fənni ilə bağlı məktəbdə problemi yarandı. Ona görə də bu transferdən imtina etdik”.

Kurtua peşəkar karyerasını 2009-cu ildə “Genk”də başlayıb. İki il sonra isə “Çelsi”yə keçib. Amma ilk 3 ili icarə əsasında “Atletiko”da oynayıb. 2018-ci ildə “Real”a transfer olunub.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"