"Qarabağ"ın davamlı olaraq ÇL-in qruplarına düşməsi üçün... VİDEO

7 Dekabr 2023 17:00 Qarabağ 1 082
"Qarabağ"ın davamlı olaraq ÇL-in qruplarına düşməsi üçün... VİDEO

“Qarabağ” klub kimi böyüməlidir”.

Bu fikirlər futbol eksperti Emin Abbasova aiddir.

O, ATV kanalında yayımlanan “Futbolumuz” verlişində Ağdam təmsilçisinin hazırkı ümumi vəziyyətini qiymətləndirib.

Vaxtilə burada çalışmış sabiq funksioner “Qarabağ” komanda kimi yüksəlişini klub olaraq da yaşamalıdır.

“Elə olmalı deyil ki, “Qarabağ” komanda kimi möhtəşəm çıxış etsin, amma klub kimi bununla ayaqlaşmasın. Çatışmayan nə varsa, aradan qaldırmaq lazımdır.

Klub sferasında nə varsa, inkişaf əldə edilməlidr. “Qarabağ”ın Davamlı olaraq avrokuboklarda, Çempionlar Liqasında qruplara düşməsini istəyiriksə, "Qarabağ" böyüməlidir

Həmçinin ölkə çempionatının səviyyəsi qalxmalıdır. Premyer Liqada ən azı üç-dörd komanda “Qarabağ”la başabaş mübarizə aparmağı bacarmalıdır”.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"