Millimizin Qətərdə keçiriləcək dünya çempionatındakı rəqibləri

9 Avqust 2023 03:30 Basketbol 821
Millimizin Qətərdə keçiriləcək dünya çempionatındakı rəqibləri

Basketbol üzrə kişilərdən ibarət millimizin 2027-ci il Qətərdə keçiriləcək dünya çempionatının ilkin təsnifat mərhələ oyunlarında qarşılaşacağı rəqiblər müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, Almaniyanın Münhen şəhərində keçirilən püşkatma mərasiminin nəticələrinə əsasən, millimiz A qrupunda İsveçrə, Kosovo və İrlandiya yığmaları ilə mübarizə aparacaq.

Qrup oyunları dairəvi sistem ilə oynanılacaq.

Üç qrup qalibi ilə birgə ən yaxşı qrup ikincisi, 2025 -ci ilin yayında baş tutacaq dünya çempionatının ilkin təsnifat mərhələsinin ikinci mərhələsinə yüksələcək.

Təsnifat mərhələsinin ilk qrup oyunları 2024-cü il 19-27 fevral tarixlərində keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!