Klopp millinin baş məşqçi postuna əsas namizəddir

2 Aprel 2020 13:12 Almaniya 567
Klopp millinin baş məşqçi postuna əsas namizəddir

Almaniya milli komandası hazırkı baş məşqçi Yoahim Lövün əvəzinə İngiltərə "Liverpul"undan Yurgen Kloppu əsas namizəd kimi nəzərdən keçirir.

Sportinfo.az xəbər verir ki, bunu nəzərə alan klub Kloppu saxlamaq üçün ciddi tədbirlər görməli olacaq.

Hərçənd Almaniyalı mütəxəssis yığmaya mümkün təyinatını karyerasının məntiqli inkişafı kimi qarşılayır. 53 yaşlı baş məşqçi 2015-ci ilin oktyabrından rəhbərlik etdiyi klubu dünya futbolunda əsas mövqelərə qaytarmağı bacarıb.

Ötən mövsüm "Liverpul" Premyer Liqada özləri üçün rekord sayda - 97 xal toplasa da, qızıl medal qazana bilməyib. Əvəzində bu klub Çempionlar Liqasını əldə edib. Klopp mersisaydlılarla müqaviləsini ötən ilin payızında 2024-cü ilədək uzadıb.

Digər Xəbərlər
Xəbər Lenti