Məvaciblərinin azaldılmasına razı oldular

25 Mart 2020 12:44 Almaniya 510
Məvaciblərinin azaldılmasına razı oldular

“Borussiya”nın (Dortmund) futbolçuları koronavirus pandemiyasına görə futbol yarışlarının dayandırıldığı və klubun zərər görməməsi üçün məvaciblərinin azaldılmasına razı olublar.

Sportinfo.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

Xəbərdə Dortmund təmsilçisinin futbolçularının məvaciblərinin 20 faizindən imtina etdiyi bildirilib. Almaniya Bundesliqası koronavirus pandemiyasına görə təxirə salınıb.

Digər Xəbərlər
Xəbər Lenti