“Bavariya”ya keçir

1 Yanvar 2020 17:15 Almaniya 941
“Bavariya”ya keçir

Almaniyalı qapıçı Aleksandr Nübel mövsümün sonunda “Şalke”dən ayrılacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xəbərdə 23 yaşlı qapıçının mövsümün sonunda bitəcək müqaviləsinin yenilənməyəcəyi bildirilib.

2015-ci ildən “Şalke”də forma geyinən Nübel, bu mövsüm 17 oyuna çıxıb və 20 qol buraxıb. Almaniya mətbuatının xəbərinə görə, Nübel yayda “Bavariya”ya keçəcək.

Digər Xəbərlər
Xəbər Lenti