“Qarabağ”dan transfer etdilər, 12 milyondan aşağı qiymətə SATMAQ İSTƏMƏDİLƏR

20 Noyabr 2023 09:40 Qarabağ 14 724
“Qarabağ”dan transfer etdilər, 12 milyondan aşağı qiymətə SATMAQ İSTƏMƏDİLƏR

“Qarabağ”ın sabiq legioneri Kadi Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı klublarından təklif alıb.

Bu ilin yanvarında “Qarabağ”dan “Krasnodar”a transfer olunan braziliyalı vingerin agenti Xelsio Alisk yayılan məlumatlarla bağlı açıqlama verib.

O, təklif aldıqlarını təqdiqləyib.

“Kadiyə həqiqətən də təkliflər var idi. Amma “Krasnodar” transferə razılıq vermədi” - deyə Xelsio Alisk “RB Sport”a bildirib. Menecer söhbətin hansı klublardan getdiyi açıqlanmayıb.

Kadi bu mövsüm “Krasnodar”la bütün turnirlərdə 20 oyun keçirib, 4 qol vurub və 1 qolun ötürməsini edib. Onun Rusiya klubu ilə müqaviləsi 2026-cı ilin iyunun 30-da başa çatır.

“Qarabağ“ın 5 milyon avroya satdığı “sambaçı“ niyə ərəblərə qismət olmayıb? “Krasnodar“ı gələn təkliflərin maliyyə şərtləri qane etməyib.

Ruslar 4 illik müqavilə bağladığı cənubi amerikalını 12 milyon avrodan aşağı qiymətə “əldən çıxarmaq“ istəmir. Kadiyə ünvanlanan dəvətlərin maddi dəyəri isə onların düşündüyü rəqəmdən qat-qat aşağı olub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı