Alman nəhəngləri bombardirlə danışıqlara başladı

15 Dekabr 2019 12:35 Almaniya 780
Alman nəhəngləri bombardirlə danışıqlara başladı

"Zalsburq"un hücumçusu Erlinq Holand karyerasını Almaniyada davam etdirə bilər.

Sportinfo.az "Sky Sports"a istinadən xəbər verir ki, Bundesliqanın iki iddialı təmsilçisi Dortmund "Borussiya"sı və "Leyptsiq" 19 yaşlı futbolçu ilə ilkin danışıq aparıb. Hətta norveçli forvard sonuncuların bazasında olub və klubun baş məşqçisi Yulian Naqelsmanla söhbət edib.

Bu barədə mütəxəssis özü məlumat verib: "Ona futbol fəlsəfəmi başa salmağa çalışdım. Düşünürəm ki, hər şey yaxşı keçdi"

Qeyd edək ki, Çempionlar Liqasının qrup mərhələsində vurduğu 8 qolla komandasının bombardiri olan Holandla "Mançester Yunayted" və "Yuventus" da yaxından maraqlanır.

Digər Xəbərlər
Xəbər Lenti