Topa vurmaq istəyirdi, rəqibin qarnına tuş gəldi - VİDEO

27 Oktyabr 2019 16:14 Almaniya 614
Topa vurmaq istəyirdi, rəqibin qarnına tuş gəldi - VİDEO

Almaniya ikinci Bundesliqasının 11-ci turu çərçivəsində "Karlsrue" "Hannover-96"nı qəbul edib.

Sportinfo.az xəbər verir ki, görüş 3:3 hesabı ilə başa çatıb. Matça əlavə olunmuş dəqiqələrdə maraqlı epizod yaşanıb. "Karlsrue"nin futbolçusu Daniel Qordon dubl edərək komandasına bir xal qazandırıb. "Hannover-96"nın qapıçısı Ron-Robert Ziler üçüncü qoldan sonra əsəbləşərək topa vurmaq istəyərkən rəqib oyunçunun qarnına zərbə endirib. Baş hakim ona ikinci sarı vərəqə göstərərək meydandan qovub.

Digər Xəbərlər
Xəbər Lenti