Qarabağ qazisi futbolda çox az-az təsadüf edilən qol vurdu - VİDEO

22 Mart 18:35 II Divizion 1 269
Qarabağ qazisi futbolda çox az-az təsadüf edilən qol vurdu - VİDEO

Azərbaycan II Liqasında XVII tura yekun vurulub.

"Qusar" Sumqayıtda "Kürmük"ü qəbul edib.

Yağışlı və küləkli hava şəraitində keçən qarşılaşmada 8 qol vurulub. Çox maraqlıdır ki, oyunun bolqollu alınacağı 37-ci dəqiqəyə kimi hiss olunmayıb.

Darmadağının əsasını Firudin Ağalarov qoyub. 1 dəqiqə sonra Kazbek Qafarov fərqlənib.

Qusarlılar ikinci hissədə daha 5 qol vurub. Qax təmsilçisinin müdafiə xəttində yol verdiyi səhvləri fürsət sayan nominal ev sahiblərinin heyətində Ağalarov dubla imza atıb.

Həmçinin Vüqar Əsrəfli, Orxan Qurbanlı, Firdovsi Kazımov və Aslan Hüseynov bu sevinci dadıb. Onlardan Kazımovun qoluna ayrıca toxunmalıyıq.

Sezonun ilk yarısında «Difai»nin formasını geyinmiş Firdovsi 88-ci dəqiqədə topu kornerdən birbaşa qapıya vurub.

Havada istiqamətini bir neçə dəfə dəyişən «yuvarlaq meşin» uzaq küncə daxil olub. Meydana 61-ci dəqiqədə daxil olmuş yarımmüdafiəçinin II Qarabağ müharibəsində iştirak etdiyini və qazi səviyyəsinə yüksəldiyini də bildirək.

«Kürmük»ün təsəllit qolu? Topu ayağında saxlaya bilməyən Aslan Hüseynovun rəqibini cərimə meydançası daxilində yerə yıxıb. 65-ci

dəqiqədə penalti nöqtəsinə yaxınlaşan Nail Təhməzli zərbəni soyuqqanlı şəkildə tamamlayıb.

Qarşılaşma simal bölgəsi təmsilçisinin 7:1 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 32-yə yüksəldən "Qusar" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. 7 xalı olan "Kürmük Qax" isə 13-cü yerdədir.

SPORTİNFO.AZ

“Kapital Bank Arena” (ehtiyat meydança). 10 tamaşaçı
Baş hakim: Vüqar Həsənli
Baş hakimin köməkçiləri: Kərim Zeynalov, Mirnihad Seyidov
Dördüncü hakim: Şamil İmanzadə
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Elçin Mehtiyev
Sarı vərəqələr: İlqar Hüseynov, 18 (qeyri-idman hərəkəti); Elnur Dəmirli, 20 (qeyri-idman hərəkəti); Aslan Hüseynov, 64 (qeyri-idman hərəkəti) // Ehtiram Kərimov, 7 (qeyri-idman hərəkəti)
Qollar: Firudin Ağalarov, 37, 60; Kazbək Qafarov, 38; Vüqar Əşrəfli, 54; Orxan Qurbanlı, 56; Firdovsi Kazımov, 88; Aslan Hüseynov, 90 // Nail Təhməzli, 65 (p.)
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - yoxdur.

Qusar”

22. İmran Məhərrəmov
(1. Əli Həsənli, 61)
15. Firudin Ağalarov
11. Sərxan Ağayev (k)
(7. Nicat Muxtarov, 61)
4. İlqar Hüseynov
16. Aslan Hüseynov
8. Orxan Qurbanlı
(3. Firdovsi Kazımov, 61)
57. Eşqin Tağıyev
(14. Emil Məmmədov, 65)
38. Vüqar Əşrəfli
17. Osman Osmanov
5. Elnur Dəmirli
6. Kazbək Qafarov
(18. İlham Yarəliyev, 65)
Ehtiyat oyunçular:
77. Emil Valehov
Baş məşqçi: Emin Əmiraslanov

Kürmük Qax”

34. Səbuhi Əhmədov (k)
8. Səbuhi Kazımov
7. Qafar Qafarov
88. Elçin Süleymanov
(44. Surxay Mikayılov, 63)
9. Nail Təhməzli
85. Cavidan Ömərli
4. Təbriz Feyzullayev
10. Ehtiram Kərimov
(99. Elvin Süleymanov, 57)
23. Revazi Otaraşvili
(21. Rəvan Qurbanzadə, 61)
26. Fuad Osmanlı
(61. Şamil Rəcəbli, 57)
16. Büsat Süleymanov
(11. Nurlan Camallı, 57)
Ehtiyat oyunçular:
1. Murtuzəli Cabbarov
77. Roma Dukaşvili

Baş məşqçi: Telman Kərimov

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!