“Bavariya” 3 xalı 6 qolla əldə etdi - VİDEO

9 Noyabr 2022 10:20 Almaniya 384
“Bavariya” 3 xalı 6 qolla əldə etdi - VİDEO

Sportinfo.az xəbər verir ki, Almaniya Bundesliqasında 14-cu turun oyunları keçirilir.

Turnir cədvəlində ilk pillədə qərarlaşan “Bavariya” bu dəfə asan qələbə qazanıb.

Münhenlilər ev matçında “Verder”i darmadağın ediblər. Qonaqlar buraxdıqları 6 topun cavabında yalnız bir dəfə fərqlənməyi bacarıblar. Bremen komandasının gücü bundan artığına çatmayıb.

Beləliklə də, “Bavariya” 3 xalı rahatlıqla qazanaraq liderliyini qoruyub - 6:1.

Oyunda diqqətçəkən məqam Münhen klubu və Seneqal millisinin hücumçusu Sadio Manenin zədələnməsi olub. Dünya Çempionatı ərəfəsində futbolçunun zədəsinin nə qədər ciddi olması hələ ki, məlum deyil.

Digər Xəbərlər
Xəbər Lenti