Müqavilədəki “sehrli” maddə - Həmin vaxta kimi heç bir klub onu almasa...

22 Mart 2022 16:00 Almaniya 538
Müqavilədəki “sehrli” maddə - Həmin vaxta kimi heç bir klub onu almasa...

“Borussiya”nın (Dortmund) hücumçusu Erlinq Halandın təzminat məbləği ilə bağlı bəndin müddəti başa çatmaq üzrədir.

Sportinfo.az xəbər verir ki, norveçli futbolçunun “Borussiya” ilə müqaviləsində potensial alıcının onu 75 milyon avroya ala biləcəyi qeyd olunub.

Amma bu maddə yalnız bu il aprelin 30-dək etibarlıdır. Həmin vaxta kimi heç bir klub Halandı almasa, “Borussiya” onun transferi üçün daha yüksək məbləğ tələb edə biləcək.

Halandın transferində daha çox maraqlı olan klublar “Mançester Siti” və “Barselona”dır.

Haland bu mövsüm Bundesliqada 16 oyuna çıxıb, 16 qol vurub və 5 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti