4 futbolçu karantinə alındı

22 Noyabr 2021 10:00 Almaniya 721
4 futbolçu karantinə alındı

"Bavariya"nın futbolçuları Serj Qnabri, Camal Musiala, Erik Şupo-Motinq və Mikael Kyuizans karantinə alınıb.

Sportinfo.az xəbər verir ki, buna səbəb oyunçuların koronavirusa yoluxmuş şəxslə təmasda olmalarıdır.

Onlar yerli səhiyyə orqanlarının qaydalarına uyğun olaraq təcrid ediliblər.

"Bavariya" Bundesliqanın son turunda "Auqsburq"a 1:2 hesabı ilə uduzaraq, cari mövsümdə 2-ci məğlubiyyətini alıb.

Hazırda 28 xalla turnir cədvəlinə başçılıq edən Münhen təmsilçisi növbəti oyununu noyabrın 23-də Çempionlar Liqasının qrup mərhələsində "Dinamo"ya (Kiyev) qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"