“Onu hər bir klub transfer etmək istəyər və əlbəttə, biz də”

9 Avqust 2021 22:00 Almaniya 982
“Onu hər bir klub transfer etmək istəyər və əlbəttə, biz də”

“Bavariya” Dortmund “Borussiya”sının hücumçusu Erlinq Holanda maraq göstərir.

Sportinfo.az xəbər verir ki, “Bavariya”nın idman direktoru Hasan Salihamiciç norveçli futbolçunu transfer etmək istədiklərini təsdiqləyib:

“Holand müasir futbolun ən güclü hücumçularından biridir. Onu hər bir klub transfer etmək istəyər.

Əlbəttə, biz də onunla maraqlanırıq. Əks halda, sadəcə həvəskar olardıq”.

Holand “Borussiya”ya 2020-ci ilin yanvarında “Zalsburq”dan keçib. Onunla “Çelsi”nin də ciddi maraqlandığı bildirilir.

Digər Xəbərlər
Xəbər Lenti