Yeni idman direktoru o olacaq - "Borussiya”nın

1 İyul 2021 15:20 Almaniya 484
Yeni idman direktoru o olacaq -

"Borussiya”nın idman direktoru Mixael Çork 2022-ci ilin yayında vəzifəsindən ayrılacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə Dortmund təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Çorkdan boşalacaq vəzifəni Sebastyan Kel tutacaq. Artıq tərəflər arasında razılıq əldə edilib.

Kel 2018-ci ildən “Borussiya” klubunda idman şöbələrinin birində işləyir. 41 yaşlı funksioner futbolçu kimi 2002-2015-ci illər aralığında Dortmund klubunda çıxış edib.

Mixael Çork 1998-ci ildən “Borussiya”da işləyir.

Digər Xəbərlər
Xəbər Lenti