Fransanın AÇ-2024 üçün formaları təqdim olundu – FOTO

18 Mart 18:40 Fransa 800
Fransanın AÇ-2024 üçün formaları təqdim olundu – FOTO

Fransa millisinin texniki sponsoru, Amerikanın “Nike” şirkəti komandanın 2024-cü il Avropa çempionatında geyinəcəyi formaları təqdim edib.

Sportinfo.az xəbər verir ki, Fransa millisi qarşıdakı turnirdə D qrupunda mübarizə aparacaq.

Didye Deşamın komandası A qrupunda Avstriya, Niderland və pley-off mərhələsinin qalibi olacaq millilərdən biri ilə qarşılaşacaq. Turnir bu il iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.

Fransa millisi iki dəfə – 1984 və 2000-ci illərdə Avropa çempionatının qalibi olub.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"