9 ildən sonra ayrılır

6 May 2021 10:00 Almaniya 855
9 ildən sonra ayrılır

"Bavariya" mövsümün sonunda yarımmüdafiəçisi Xavi Martineslə yollarını ayıracaq.

Sportinfo.az klubun saytına istinadla xəbər verir ki, ispaniyalı futbolçunun başa çatacaq müqaviləsi uzadılmayacaq.

Münhen klubu 32 yaşlı oyunçunu 2012-ci ildə "Atletik"dən 40 milyon avroya transfer etmişdi. Martines bu müddət ərzində 8 dəfə Bundesliqa, 5 dəfə Almaniya kuboku, 2 dəfə Çempionlar Liqası və 2 dəfə də UEFA Super kubokunu qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti