Bundesliqa klubunda baş məşqçi dəyişikliyi oldu

24 Mart 2021 10:20 Almaniya 490
Bundesliqa klubunda baş məşqçi dəyişikliyi oldu

“Bayer”də baş məşqçi Peter Boş istefaya göndərilib.

Sportinfo.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə alınan uğursuz nəticələrə görə Boşun istefaya göndərildiyi bildirilib.

“Bayer”in yeni baş məşqçisi Hannes Volf təyin olunub. 39 yaşlı mütəxəssis mövsümün sonuna qədər Leverkuzen komandasını çalışdıracaq.

“Bayer” Bundesliqada 6-cı sıradadır.

Digər Xəbərlər
Xəbər Lenti