"İndi keçmiş klubumun mənə daha çox ehtiyacı var"

16 Yanvar 2021 21:40 Almaniya 529
"İndi keçmiş klubumun mənə daha çox ehtiyacı var"

Mövsümün sonunda karyerasını bitirəcəyini açıqlayan "Ayaks"ın hücumçusu Klaas-Yan Huntelar qərarını dəyişə bilər.

Sportinfo.az xəbər verir ki, 37 yaşlı futbolçu Almaniya Bundesliqasında çətin günlər yaşayan "Şalke"dən təklif aldığını açıqlayıb:

"Şalke" indi çətin vəziyyətdədir və məni yenidən komandada görmək istədiklərini bildirdilər. O klubda "Ayaks"dan daha çox çıxış etmişəm. İndi keçmiş klubumun mənə daha çox ehtiyacı var. Gələcəkdə nələr baş verəcəyini görəcəyik".

Niderland millisinin keçmiş üzvü 2010-2017-ci illərdə "Şalke"də oynayıb. Huntelar helzenkirxenlilərdə keçirdiyi 257 matçda 158 qol vurub, 43 məhsuldar ötürmə edib. Təcrübəli oyunçu bu mövsüm meydana çıxdığı 11 oyunad 7 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!