"Bavariya" 2 qol vurdu, “Borussiya”ya məğlub oldu - VİDEO

10 Yanvar 2021 00:14 Almaniya 602
"Bavariya" 2 qol vurdu, “Borussiya”ya məğlub oldu - VİDEO

Almaniya Bundesliqasının 15-ci turunun növbəti qarşılaşması keçirilib.

Sportinfo.az xəbər verir ki, "Borussiya" öz meydanında "Bavariya"ya 3:2 hesabı ilə qalib gəlib.

Meydan sahibləri birinci hissədə öz qapılarından iki top buraxsalar da, sonda qələbə qazanıblar.

Matçda hesabı 20-ci dəqiqədə Robert Levandovski açıb. Polşalı hücumçu penaltini dəqiq yerinə yetirib. Altı dəqiqə sonra Leon Qoreska cərimə zərbəsi ilə qonaqların hesabdakı üstünlüyünü ikiqat artırıb.

Lakin meydan sahibləri birinci hissədə bu qollardan birinin əvəzini çıxa biliblər. Matçın 35-ci dəqiqəsində Yonas Hofman komandasının ilk qolunu vurub.

O, 45-ci dəqiqədə dubl edərək hesabdakı bərabərliyi təmin edib. İkinci hissənin əvvəllərində Florian Noyhaus komandasını hesabda irəli çıxarıb.

Hazırda "Bavariya" 33 xalla yarış cədvəlində birinci yerdədir. "Borussiya" isə (24 xal) yeddinci yerdə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"