Azərbaycanın aşağı yaş qruplarından ibarət milli komandalarında çıxış etmiş Sadıq Bagiev Rusiyada klubunu dəyişib.
Sportinfo.az xəbər verir ki, "Kuban Holdinq"in 19 yaşlı yarımmüdafiəçisi "Tambov"a keçib.
Gənc oyunçu 2023/2024 mövsümünü icarə əsasında II Liqa təmsilçisinin heyətində keçirəcək.
Klublar arasında imzalanan müqavilədə satınalma bəndi yoxdur.
Sadıq Bagiev Azərbaycanın U-18, U-19 və U-20 milli komandalarında çıxış edib.