Darmadağını baş məşqçiyə bağışlamadılar, istefaya göndərdilər

14 Dekabr 2020 10:20 Almaniya 1 011
Darmadağını baş məşqçiyə bağışlamadılar, istefaya göndərdilər

Dortmund "Borussiya"sı baş məşqçisi Lusyen Favrı istefaya göndərib.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi Tvitter səhifəsi məlumat yayıb.

Ötən gün Bundesliqanın 11-ci turunda evdə "Ştutqart"a 1:5 hesablı məğlubiyyətin ardından klub rəhbərliyi bu qərarı verib. İsveçrəli mütəxəssislə yanaşı, onun köməkçisi Manfred Stefes də göndərilib.

Favrı onun digər köməkçisi Edin Terziç əvəzləyib.

Lusyen Favr 2018-ci ildən "Borussiya"nı çalışdırırdı. Onun komandası hazırda 19 xalla Bundesliqanın turnir cədvəlində 5-ci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"