Sabiq “Barselona”lı milli ilə vidalaşdı

31 Avqust 2023 00:10 İspaniya 806
Sabiq “Barselona”lı milli ilə vidalaşdı

"İnter Mayami"də çıxış edən Jordi Alba İspaniya milli komandasındakı karyerasını başa vurub.

Sporttinfo.az xəbər verir ki, 34 yaşlı sol cinah müdafiəçisi qərarını yığmanın baş məşqçisi Luis de la Fuenteyə bildirib.

Jordi Alba 2011-ci ilin aprel ayında Visente Del Boske baş məşqçi olan zaman İspaniya millisinin heyətində debüt edib.

Təcrübəli arxa xətt oyunçusu yığmanın heyətində keçirdiyi 93 rəsmi matçda 10 qol və 22 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!