“Barselona” yeni mövsümdə ilk qələbəsini qazandı - VİDEO

21 Avqust 2023 01:30 İspaniya 1 040
“Barselona” yeni mövsümdə ilk qələbəsini qazandı - VİDEO

“Barselona” İspaniya La Liqasının 2023/24 mövsümündə ilk qələbəsini qazanıb.

Sportinfo.az xəbər verir ki, Kataloniya klubu ikinci turda öz meydanında “Kadis”dən güclü olub - 2:0.

Hesabı 82-ci dəqiqədə Pedri açıb. 90+4-cü dəqiqədə Ferran Torres matçda son nöqtəni qoyub.

İlk görüşdə “Xetafe” ilə qolsuz heç-heçə edən “Barsa” hazırda dörd xalla dördüncüdür. Üç xalı olan “Kadis” 11-ci yerdə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 03:00 Nicat heç-heçə etdi