“Mən ərəblərdən daha çox pul verən klublardan imtina etdim” - Problemli hücumçu

9 Sentyabr 2023 15:40 İtaliya 1 381
“Mən ərəblərdən daha çox pul verən klublardan imtina etdim” - Problemli hücumçu

İtaliya millisinin sabiq hücumçusu, hazırda “Sion”da (İsveçrə) çıxış edən Mario Balotelli bir vaxtlar Çindən gələn böyük təklifdən imtina etdiyini bildirib.

Sportinfo.az xəbər verir ki, 33 yaşlı futbolçu həmin təklifin Səudiyyə Ərəbistanındakı hazırkı müqavilələrdən qat-qat yüksək olduğunu dilə gətirib:

“Mən Səudiyyə Ərəbistanından edilən təkliflərdən çox böyük olan Çindən gələn təklifdən imtina etdim. Sonra futbol oynamağı və “Marsel”də qalmağı seçdim”.

Balotelli 2022-ci ilin avqustunda Türkiyənin “Adana Dəmirspor” klubundan “Sion”a keçib. Tərəflər arasında müqavilənin müddəti 2024-cü ildə başa çatacaq.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!